3 otaqlı evin 1 otağı yanıb

14:26 03.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Cavad kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.