31 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

17:41 17.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il avqustun 16-da qida məhsulları sahəsində fəaliyyət göstərən 31 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən hafta.az-a verilən məlumata görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.