31 yaşlı kişi minaya düşərək ölüb

23:54 14.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl rayon sakini rayon ərazisində minaya düşüb. Hadisə rayonun Bənövşəli kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu kəndin otlaq sahəsində heyvan otararkən minaya düşərək həlak olub.

Faktla bağlı araşdırma aparılır.