32 yaşlı kişi qətlə yetirilib

18:11 12.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan hafta.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət aləti olan odlu silah ondan götürülüb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.