35 yaşlı kişi dəm qazının qurbanı oldu

11:07 19.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 35 yaşlı kişi dəm qazından ölüb.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Elyar Şalikov Motodrom adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.