Yazını böyüt
Yazını kiçilt
Göygöl sakini bıçaq xəsarəti alıb.
Hafta.az apa-ya istinadən xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü Elçin Süleymanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə 35 yaşlı kişi özü özünə bıçaq xəsarət yetirib. Onun hansı səbəbdən özünə bıçaqla xəsarət yetirməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.