4 məcburi köçkün ailəsinin yaşadığı ev yandı

15:59 12.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuzda 4 ailənin yaşadığı yaşayış evi yanıb.

 

Hafta.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

 

Belə ki, 4 ailənin, ümumilikdə 15 nəfər keçmiş məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Hadisə yerində Oğuz və Şəkidən 4 yanğınsöndürən texnika və şəxsi heyət cəlb olunub. Yanğın zamanı tikili yanaraq yararsız vəziyyətə düşüb.

 

Faktla bağlı araşdırma aparılır.