4 nəfər xilas olunub

23:17 03.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran”, “Bilgəh”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.