Yazını böyüt
Yazını kiçilt
Xızıda yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Altıağac qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 45 m² sahədə və zirzəmisinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.