40 yaşlı kişini öldürən şəxs saxlanılıb

09:39 31.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Əsədov Elvin Səyavuş oğlu saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

***

Dekabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Cabbarov Zamiq Zakir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.