Almaniyadan Polşaya saxta pasportla gələn ukraynalı Kaliş məntəqəsindəki postda sərhədçilər tərəfindən saxlanılıb.
Hafta.az xəbər verir ki, bu barədə "In Poland" nəşri informasiya yayıb.
Qeyd olunur ki, martın 1-dəPolşa sərhədçiləri qanunsuz miqrasiya faktlarının qeydə alınması üçün magistralda patrul xidməti həyata keçirib. Bu arada sərhədçilərin diqqətini dayanacaqda alman nömrələri olan bir avtomobil çəkib. Mühafizəçilər sürücüdən və sərnişindən yoxlama üçün sənədləri təqdim etməyi tələb etdikdə sürücünün Polşa pasportunun saxta olduğu üzə çıxıb.
Həmin şəxs Ukrayna vətəndaşı olduğunu və internetdən 5000 dollara saxta Polşa pasportu aldığını etiraf edib. Qanunu pozan şəxs Almaniyadan Polşaya “qonaq” gəldiyini bildirib. Lakin onun yanında başqa heç bir sənəd olmayıb .
İndi ukraynalını cərimə və ya məhdudiyyət və ya 5 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, 2022-ci ildə qeyri-qanuni “sərhəddən kənara səyahət” təşkil edən 110-a yaxın cinayətkar qrup ifşa edilib. Bu barədə "TSN"-ə eksklüziv müsahibəsində Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko danışıb.