Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, bu gün bir neçə nəfər Xəzərdə batmaq təhlükəsi ilə üzləşib.
Hafta.az FHN-ə istinadən bildirir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Neftçala”, “Bilgəh”, “Qobustan”, “Şüvəlan” sularında xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.