Yazını böyüt
Yazını kiçilt
Saatlıda ev yanıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Məmmədabad kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.