5 uşağını narkotika ilə öldürən QATİL ANA - CƏZASI BƏLLİ OLDU

19:36 05.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təxminən bir il əvvəl Almaniyanın Solingen şəhərindən gələn dəhşətli son xəbər bütün dünyanı sarsıtdı. Bir evdə 5 uşağın meyitinin tapılması xəbəri dünyanı qarışdırdı.

Hafta.az xəbər verir ki, keçmiş ərinin yeni sevgilisi ilə çəkdirdiyi fotoları görən 5 uşağını narkotika içirdərək boğub öldürən anaya ömürlük həbs cəzası verilib. Ötən il Almaniyada baş verən “Todesmutter”, yəni “Ölüm anası” kimi tanınan hadisə ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

28 yaşlı Kristian K. keçən ilin sentyabrında bir yaşlı qızı Melina, iki yaşlı Leoni, üç yaşlı qızı Sofi, altı yaşlı oğlu Timonu və səkkiz yaşlı Lukanı narkotika ilə zəhərləyib. Sonra əli ilə  hamamda onları boğaraq öldürüb, cəsədlərini çarpayılarına yerləşdirdi.

11 yaşında olan böyük oğlu Marselin həmin vaxt məktəbdə olduğu üçün sağ qalıb. Marselin məhkəmədə dediyinə görə, anası ondan qatarın qabağına birlikdə tullanmasını istəyib, lakin Marsel imtina etdikdə onu qatara mindirib nənəsinin evinə göndərib.

Düsseldorfda qatarın önünə atılaraq intihara cəhd edən Kristian sağ qalaraq həbs edilib. Cümə axşamı Solingendə keçirilən məhkəmə prosesində çıxarılan qərarla qatil ana ömürlük həbs cəzasının ən azı ilk 15 ilini məcburən həbsxanada qalacaq. Qatil ananın 15 ildən sonra həbsdən çıxma ehtimalının aşağı olduğu bildirilib.

Hadisəni birbaşa qızından öyrəndiyini deyən nənə polisə müraciət edib. Polis dərhal hadisə yerinə getsə də, uşaqlar üçün artıq gec olub. İntihar cəhdindən ağır xəsarətlərlə xilas olan ana əvvəlcə maskalı şəxsin evinə basqın etdiyini və onu bağladıqdan sonra uşaqlarını öldürdüyünü iddia etsə də, bu iddiasını heç bir şəkildə sübut edə bilməyib.

Prokuror bildirib ki, qətllərə səbəb Kristiananın keçmiş ərinin 3 sentyabr səhəri Facebook-a yeni sevgilisi ilə birlikdə yüklədiyi fotoşəkildir. Onun sözlərinə görə,  Kristiane keçmiş ərinə mesaj yazıb və uşaqlarını bir daha görməyəcəyini bildirib. Prokuror onun ruhi xəstə olduğunu bildirərək bəraət hökmü çıxarılmasını istəyib, lakin məhkəmədən əvvəl Kristianeni müayinə edən psixiatriya ekspertləri onun cinayət qabiliyyətinin olması qənaətinə gəliblər.