Nadir bir xəstəlik səbəbiylə 50 yaşındakı kimi görünən filippinli qadın bu yaxınlarda orta məktəbi bitirib və 18 yaşını qeyd edib. Bu barədə Daily Mirror məlumat yayıb.
Hələ 14 yaşında Raizel Kalaqo sağlam bir yeniyetmə idi, lakin o, tezliklə qeyri-adi simptomlar səbəbindən sürətlə qocalmağa başlayıb. Ailənin allergiya ilə səhv saldığı Filippinlinin dərisində qırmızı, qaşınan ləkələr görünməyə başladı. Qızın anası Coel Omaqap Kalaqo onu xəstəxanaya aparıb. Həkimlər Hutchinson-Gilford sindromu olaraq da bilinən progeriya adlı son dərəcə nadir bir vəziyyəti müəyyən etdilər. Bu, uşaqlarda sürətli qocalmaya səbəb olan genetik bir xəstəlikdir.

Filippinli orta məktəbi təzəcə bitirib, lakin dərisi və üzünün dəyişməsi onu yaşından xeyli yaşlı göstərir. Çoxları onun xarici görünüşünün 50 yaşlı qadının görünüşünə uyğun olduğunu deyir.
Xəstəliklə bağlı çətinliklərə baxmayaraq, Raizel 18 yaşını ailəsi və dostları ilə qeyd edib. O, kollecə gedir və qonaqpərvərlik üzrə bakalavr dərəcəsi almaq arzusundadır.
Məzun anası əmindir ki, zaman keçdikcə qızı özünə dostlar tapacaq və onu xüsusi hiss etdirəcək insanlarla tanış olacaq. Eyni zamanda, qadın başqalarının əksəriyyətinin reaksiyası və onun görünüşü ilə bağlı öz hissləri səbəbindən qız üçün çox çətin olacağını başa düşür.