500 rubldan az rüşvətə görə 700 nəfər məhkum edilib

09:51 16.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada rüşvətxorluqda təqsirli bilinənlərin məhkəmə statistikası açıqlanıb.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, Ali Məhkəmənin məlumatlarında deyilir ki, ölkədə ən çox yayılmış rüşvət məbləği 10 minlə 50 min rubl arasındadır.

2023-cü ildə 10 minlə 50 min rubl arasında rüşvət almaqda ittihamlananların sayı 5245 nəfər olub. Məhkumların ümumi sayı 22014 nəfərdir.

3760 nəfər “qeyri-pul korrupsiyası”na görə məhkum edilib.

150 mindən 1 milyon rubla qədər rüşvət almaqda təqsirli bilinənlərin sayı 2978 nəfərdir.

Qəzet yazır ki, 700-ə yaxın adam 500 rubldan (5,5 dollar) az rüşvət almaqda təqsirli bilinib.

Rusiya qanunlarına görə, rüşvət alanlarla yanaşı, rüşvəti verənlər də mühakimə oluna bilər.

Oxunma sayı 204