Yazını böyüt
Yazını kiçilt
Astarada yanğın hadisəsi baş verib.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Qapıçıməhəllə kəndində ümumi sahəsi 540 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 7 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.