6 otaqlı evdə yanğın olub

19:31 19.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli, 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.