65 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə bəraət verildi

13:40 01.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ceyhun Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hafta.az-ın məlumatına görə, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ceyhun Hüseynovun cinayəti sübuta yetirilməyib və ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, təqsirləndirilən şəxs tanışına 2020-ci ildə avtomobil alqı-satqısı ilə məşğul olduğunu, “Muğan Bank”da işləyən “Ruslan” adlı dostu vasitəsilə həmin bankın balansında olan hərraca çtxarılacaq avtomobillərlə bağlı biznes quracağını vəd verib.

O, həmin bankda depozit hesabında külli miqdarda pul olduğu halda qabaqcadan ucuz qiymətə avtomobil alacağına, yenidən satışa çıxarıb gəlir əldə edəcəyinə inandırıb. Bu məqsədlə ondan 65 min manat alıb. Hər avtomobilə görə 1000 manat qazanc verəcəyinə dair yalan vəd verib.

Oxunma sayı 161