Yazını böyüt
Yazını kiçilt
Rusiya İdman Nazirliyi son iki ildə 67 rus idmançının Rusiya vətəndaşlığından çıxdığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, əslində Ukraynaya qarşı hərbi təcavüzdən sonra ən azı 204 rusiyalı idmançının vətəndaşlığını dəyişdiyi iddia edilir.
Nazirlikdən bildirilib ki, vətəndaşlığını dəyişən idmançılardan 47-si Yay Olimpiya Oyunlarında, 8-i Qış Olimpiya Oyunlarında, 12-si isə qeyri-Olimpiya idman növləri üzrə yarışlarda iştirak edib.
Beynəlxalq Olimpiya Komitəsi Ukrayna müharibəsi ilə əlaqədar Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub.
Bildirilib ki, Duma vətəndaşlığını dəyişən idmançıların kompensasiyası ilə bağlı qanun layihəsi hazırlayıb.