70 faiz məhsul istehsalı kiçik və orta sahibkarlığın payına düşməlidir - Rəy

16:50 19.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın daha sürətli tərəqqisinə nail olmaq üçün iqtisadi ekosistemdə kiçik və orta sahibkarlığın inkişafı əsas hədəflərdən olmalıdır.

Bu fikirləri hafta.az-a İqtisad Universitetinin professoru Əli Əlirzayev bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, ölkənin iqtisadi inkişafının əsas istiqaməti və konsepsiyası kiçik və orta sahibkarlığın inkişafına yönəldilməlidir və yönəlir.

Çünki kiçik və orta sahibkarlığın inkişafı fonunda həm məşğuluq təmin olunur, bazara çıxan mal-məhsulların miqdarı artır, xidmət sahəsi genişlənir. Ona görə də məhz kiçik və orta sahibkarlığın daha dinamik inkişafına təkan verməliyik.

Əmək resursları və ehtiyatlarının daha çox olduğu Azərbaycan kimi ölkədə kiçik və orta sahibkarlıq böyük müəssisə yaratmadaq və böyük kapitalın olmasına ehtiyac olmadan sahibkarın öz vəsaiti hesabına daha böyük nəticələr əldə etməyə imkan verir.

Məhz bu sahələrin inkişafı Azərbaycanda kimi ölkədə sosial inkişafın daha da yüksəlməsində əsas amillərdən, istiqamətlərdən biridir.

Təbii ki, sosialyönümlü siyasət yürüdən Azərbaycanda kiçik və orta sahibkarlığın gücünün daha da artması birmənalı olaraq labüddür.

Əgər biz sosialyönümlü siyasət yürüdürüksə, mütləq kiçik və orta sahibkarlığın daha da yüksəlməsinin qayğısına qalmalıyıq. Elə bir şərait yaradılmalıdır ki, ölkədə istehsal edilən məhsulun azı 70 faizi məhz kiçik və orta sahibkarlıq hesabına əldə edilsin”.