71 yaşlı kişini qızı öldürübmüş

17:26 02.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astarada 71 yaşlı kişinin qızı tərəfindən öldürüldüyü məlum olub.

Astara rayon prokurorluğundan verilən məlumata görə, avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.