8-i 10 min dollara qızıl və kürü ilə suşi 

09:42 04.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı milyarderlər sanksiyalara görə xaricə getməkdə çətinlik çəkəndə büdcələrinə və zövqlərinə uyğun məhsullar Rusiyaya gəlməyə başlayıb. Moskvada bir restoran menyusuna 24 karat qızıl və qara kürü ilə suşi növünü əlavə edib. Xəbər sosial şəbəkələrdə “həvəslə” qarşılanıb.

Hafta.az-ın yazdığına görə, restoranın qızıl və kürü suşi reklamında deyilir: "İlk dəfə qızıl sizin içinizdə olacaqıq. Hər bir qadın həyatında ən azı bir dəfə bunu yaşamalıdır. Özünüzü Dubay şeyxinin sevimli həyat yoldaşı kimi hiss etməyə çalışın".

“Yebidoyebi” adlanan restoranda qızıl, qara kürü və qızılbalıqdan hazırlanan səkkiz ədəd suşinin qiyməti 1 milyon rubl (10 min 800 dollar) təşkil edir.