8 milyardlıq dünya əhalisinin 40 faizi üç ölkədə yaşayır

15:12 06.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Statistika Təşkilatı (TÜİK) “Dünya Əhali Günü 2023” bülletenini dərc edib. Dünya əhalisinin 1999-cu ildə 6 milyarda, 2011-ci ildə 7 milyarda, 2022-ci ildə isə 8 milyarda çatdığı bildirilib.

Hafta.az-ın yazdığına görə, BMT-nin əhali hesablamalarına əsasən, 2022-ci ildə ən çox əhalisi olan ölkə 1 milyard 425 milyon 887 min nəfərlə Çin, ikinci yerdə Hindistan 1 milyard 417 milyon 173 min nəfər, üçüncü yerdə isə 338 milyon 289 min nəfər əhalisi olan ABŞ qərarlaşıb. Bu üç ölkədə dünya əhalisinin 40 faizi yaşayır.

Hesabata əsasən, Türkiyə 85 milyon 279 min 553 nəfər əhalisi ilə 194 ölkə arasında 18-ci yerdədir. Türkiyənin dünya əhalisi arasında payı 1,1 faizdir.

2022-ci ildə 15 yaşadək ən çox gənc əhalisi olan ölkə 55,8 faizlə Mərkəzi Afrika Respublikası olub. Bu ölkəni 55,6 faizlə Niger, 54,3 faizlə Çad izləyir. Bu müstəvidə ən aşağı göstərici 14,2 faizlə Cənubi Koreya və 14,3 faizlə Yaponiyadır.

Bütövlükdə dünyada 15 yaşadək əhalinin nisbəti 30 faizdir.

15-24 yaş qrupunda gənc əhalinin ən çox olduğu ölkə isə yüzdə 23,6 ilə Suriya olub. Bu ölkəni 22,3 faizlə Şərqi Timor və 22,1 faizlə Mərkəzi Afrika Respublikası izləyib. Gənc əhalinin ən aşağı olduğu ölkələr 7,2 faizlə Qətər, 7,8 faizlə Ukrayna və 8,4 faizlə Monako olub. Dünyada gənc əhalinin nisbəti yüzdə 15, Türkiyədə isə 15,2-dir.

Yaşı 65 və yuxarı olanlara nəzər salsaq, yaşlı əhalinin ən çox olduğu ölkə 35,9 faizlə Monakodur. Bu ölkəni 29,9 faizlə Yaponiya, 24,1 faizlə İtaliya izləyir. Dünya üzrə yaşlı əhalinin orta göstəricisi 9,8, Türkiyənin isə 9,9 faizdir.