“8 Noyabr” stansiyasında Şəhid Xudayarın ifası səslənəcək? – Açıqlama

12:38 18.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bakı Metropoliteni" QSC yeni açılacaq "8 noyabr" stansiyasının şəhid Xudayar Yusifzadənin səsi ilə elan olunması ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı barədə açıqlama verib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hafta.az-a açıqlamasında bildirib ki, adıçəkilən səs yazısı montajdır:

"Əziz şəhidimizin səsi və "8 Noyabr" stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Hazırda belə bir şey yoxdur. Bu, quraşdırma və montajdır".