Daxili İşlər Nazirliyi (DİN) fevralın 18-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 81 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 72 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.