84 nəfər toya buraxılmayıb

10:19 24.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 96 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən hafta.az-a bildirilib ki, monitorinq 95 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 84 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.