86 yaşlı kişini maşın vurub öldürdü

09:21 25.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda 86 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Hafta.az xəbər verir ki, Nərimanabad kəndində Toğrul Adıgözəlov idarə etdiyi "VAZ-2101" markalı avtomobillə 1937-ci il təvəllüdlü Barı Mamayevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.