9 673 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunub

12:20 06.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin iyul ayı ərzində 9 673 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq DSMF tərəfindən ödəniş edilib.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, müavinət ödənişləri 4 566 nəfər qız uşağı, 5 107 nəfər oğlan uşağına görə aparılıb.