İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı və Misir portalları Şuşanın işğaldan azad olunmasından bəhs edirlər - FOTO

20:52 08.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşa şəhərinin işğaldan azad edilməsi İslam Əməkdaşlıq Təşkilatı Milli Xəbər Agentlikləri Birliyi (UNA) və Misirin informasiya portallarında geniş işıqlandırılıb.

Hafta.az bildirir ki, UNA-nın AZƏRTAC-a istinadla yaydığı xəbərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdən əsas məqamlar yer alıb.

Misirin “Alkhabralmasry” və “Almasryalyoum” informasiya portalları isə Prezident İlham Əliyevin xalqa müraciətinin tam mətnini yayıblar.