Bu gün Bakının bir sıra ərazilərində qaz olmayacaq

09:21 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün - iyulun 22-də Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək.

Hafta.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 08:00-dan işlər başa çatanadək Qaradağ rayonunun Səngəçal, Umbakı və Əzimkənd qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.