İflas etmiş azərbaycanlı milyarderin 8,2 MİLYONLUQ VİLLASI SATILDI

18:23 14.09.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kreditorlar Fransada əvvəllər qaçaq yaşamış rusiyalı iş adamı, əslən azərbaycanlı olan Telman İsmayılova məxsus lüks villanı bölüşdürdülər. İndi Rusiya bankı VTB payı uğrunda mübarizə aparır.

Hafta.az life.ru-ya istinadla xəbər verir ki,  VTB Telman İsmayılova məxsus olan Fransız Rivierasındakı villanı məhkəmə yolu ilə hərraca çıxara bilməyib.

Başqa bir kreditorun iddiası ilə məhkəmə hərracda villanı satıb. Bu kreditor isə Almaniyanın Deutsche Bank-dır. Nəticədə elit kompleks 8.2 milyon avroya satılıb. Fransız ədalətinin qərarı ilə, bu məbləğin böyük hissəsi yenə də Rusiya bankına, daha az hissəsi isə Alman bankına gedəcək. Ancaq Deutsche Bank hələ də bu qərardan şikayət verə bilər.

Məhkəmə hərracının materiallarına görə, bu kompleks idman zalı, şərab zirzəmisi, bar və bilyard otaqları, çatı cakuzisi, həyətyanı hovuz və qulluqçular üçün ayrıca evdn ibarətdir.

Bütün bu lüks Fransız S.C.I. Nahras şirkətinin balansında idi. Bu şirkətdəTelman İsmayılov 5, oğlu Sərxan isə 95 faizlik pay sahibidir. . Bütün bu il kreditorlar sözün həqiqi mənasında bu malikanə üçün mübarizə aparıblar. Nəticədə heç -heçə oldu.

Telman İsmayılov 90-cı illərinin ən məşhur rus oliqarxlarından biridir. Mərhum Moskva meri Yuri Lujkovun yaxın dostudur, hazırda bağlanmış Çerkizovski bazarının keçmiş sahibi, Forbes reytinqindən ilk dəfə iflas etmiş dollar milyarderidir. On milyardlarla rubl borc və bir sıra qətllərdə günahlandırılması səbəbindən dünyanın yarısı indi İsmayılovu təqib edir: Sürix prokuroru, Azərbaycan Beynəlxalq Bankı, Nevada əyalətinin icra məmurları, VTB, Türkiyə və Rusiya təhlükəsizliyi qüvvələr onu axtarır. Oartıq dördüncü ildir ki, izini itirib. Ancaq kreditorlar hələ də qaçağın daşınmaz əmlakını izləməyi və ələ keçirməyi bacarırlar.

İtaliyada VTB -nin iddiası üzrə yerli məhkəmə İsmailovun Castel Goffredodakı villasını hərraca çıxarmaq üzrədir. Türkiyə də, aktivlərinin bütöv bir dağılımını gözləyir: Mardan idman kompleksi (tribunalı iki futbol meydançası, məşq meydançası, 500 avtomobil üçün qapalı dayanacaq), Kundu kəndindəki bir otel və yeddi əkinçilik sahəsi.

Nəhayət, Las Vegasdakı Nevada məhkəməsinin qərarına əsasən, İsmayılova məxsus Craig Valley Plaza ticarət mərkəzi satılıb. Birləşmiş Ştatlarda cinayət təqibi ilə bağlı əsl təhlükə onu gözləyir. O, krediti mənimsəməkdə və Amerika hesablarından vəsait çıxarmaqda şübhəli bilinir.

Oxunma sayı 569