Yazını böyüt
Yazını kiçilt
Biz ilk növbədə ərzaq buğdasına olan daxili tələbatı ödəməyə çalışmalıyıq. Bu gün dünyada qida məhsulları sürətlə bahalaşır.
Bu fikirləri hafta.az-a iqtisadçı-ekspert Akif Nəsirli deyib:
"Əgər diqqət etsəniz görərsiniz ki, hazırda dünyanın aparıcı ölkələri gələcəkdə ərzaq təhlükəsizliyi ilə bağlı problem yaşamamaları üçün daha çox daxili tələbatı ödəməyə yönəlik addımlar atırlar. Düzdür, biz Qazaxıstandakı kimi taxıl istehsal edə bilmərik. Kənd təsərrüfatının qaydası belədir ki, əraziləri dəyişdirə-dəyişdirə istehsalı yaratmaq olar. Eksperimentlərə son qoymalıyıq. Diqqəti səmərə verən sahələrə yönəltmək lazımdır. Gələcəyinə tam əmin olduğumuz sahələrə önəm verməklə kənd təsərrüfatını inkişaf etdirmək olar".