İlon Mask 2022-ci ilin əvvəlindən indiyədək şəxsi sərvətindən təxminən 140 milyard dollar itirib.
Maskın sərvətinin böyük hissəsinin itirilməsi Tesla səhmlərinin 68% azalması və onun Twitter-i 44 milyard dollara alması ilə bağlıdır.Dekabrın 28-nə olan məlumata görə, İlon Maskın ümumi varidatı 130 milyard dollar qiymətləndirilir.
Qeyd edilir ki, Maskın SpaceX-dəki payı hazırda onun ən qiymətli sərvəti 47 milyard dollar, Teslada isə təxminən 40 milyard dollardır. İş adamının Twitter-i 40 milyard dollara almasına baxmayaraq, ekspertlər şirkəti cəmi 20 milyard dollar dəyərində qiymətləndirirlər. Həmçinin Bloomberg-in məlumatına görə, Maskın The Boring Company-dəki payı 3,3 milyard dollardır.
Kəskin düşməyə baxmayaraq, iş adamı dünyanın ən varlı adamları siyahısında ikinci şəxs olaraq qalır. LVMH-nin həmtəsisçisi və baş direktoru Bernard Arnault 163 milyard dollar sərvəti ilə birinci yerdədir. Reytinqdə üçüncü yeri 116 milyard dollar sərvətlə hindistanlı iş adamı Qautam Adani tutur. Amazonun qurucusu Ceff Bezos isə 106 milyard dollar sərvətlə altıncı yerdədir. Son bir ildə 86,3 milyard dollar itirib.