İmran Xan məhkəmədən ABŞ diplomatını dinləməyi tələb etdi

11:15 05.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın keçmiş baş naziri İmran Xanın vəkili Babar Avan Ravalpindidə jurnalistlərə açıqlama verib.

Hafta.az-ın yazdığına görə, Avan bildirib ki, İmran Xanın “dövlət sirlərini üzə çıxarmaq” ittihamı ilə mühakimə olunduğu işdə o, məhkəmədən ABŞ dövlət katibinin Cənubi və Orta Asiya Məsələləri Bürosundan məsul müavini Lu və Pakistan ordusunun komandanı olmuş keçmiş Quru Qoşunları Komandiri Bacvanın məhkəməyə dəvət edilərək dinlənilməsini istəyib.

İmran Xan avqustun 5-də mühakimə olunduğu korrupsiya işi üzrə məhkəmə onun barəsində həbs qərarı çıxardıqdan sonra polis tərəfindən tutularaq həbsxanaya göndərilib.

Xanın mühakimə olunduğu korrupsiya işi çərçivəsində verilən 3 illik həbs cəzası avqustun 29-da təxirə salınıb və keçmiş baş nazirin zaminə buraxılmasına qərar verilib. Lakin avqustun 30-da hakim Əbülhəsnət Zülkərneyn prokurorluğun tələbi ilə “dövlət sirrini açmaqda” ittihamlanan Xanın həbs müddətini uzadıb.

Keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi avqustun 19-da İslamabaddakı evində yaxalanıb və oxşar səbəbdən həbsxanaya göndərilib.

Federal Təhqiqat Agentliyi (FIA) keçmiş baş nazir Xan və onun müavinlərinə qarşı Dövlət Sirləri Aktını pozduqları üçün iş qaldırmışdı.

ABŞ-ın “The İntercept” xəbər saytı Pakistanın keçmiş ABŞ səfiri Əsəd Məcid Xan ilə ABŞ Dövlət Departamentinin iki rəsmisi arasında 7 mart 2022-ci ildə keçirildiyi iddia edilən gizli görüşün sənədinə daxil olduğunu iddia edib. Pakistan hökumətinə aid olduğu iddia edilən və görüşün məzmununu ehtiva edən sənədə əsaslanan xəbərə görə, ABŞ tərəfi Pakistanın keçmiş baş naziri Xanın Rusiya-Ukrayna müharibəsindəki bitərəf münasibətindən narahatlığını keçmiş səfir Məcid Xana çatdırıb. 

İclasda iştirak edən dövlət katibinin Cənubi və Orta Asiya Məsələləri Bürosundan məsul müşaviri Lu, Xanın əleyhinə etimad səsverməsinin qəbul ediləcəyi təqdirdə Vaşinqtonla İslamabad arasında daha isti münasibətlər quracağına söz verib və “Düşünürəm ki, Baş nazirə qarşı etimad səsverməsi uğurlu olarsa, Vaşinqtonda hər şey bağışlanacaq. Çünki Rusiyaya səfər baş nazirin qərarı kimi qiymətləndirilir. Düzünü desəm, baş nazirin vəzifəsində qaldığı təqdirdə ABŞ və Avropadan təcrid olunması sürətlənəcəyini düşünürəm" deyib.

İclasın keçirildiyi deyilən 2022-ci il martın 7-dən bir gün sonra Pakistandakı müxalifət partiyaları keçmiş baş nazir İmran Xana qarşı etimad səsverməsini Milli Assambleya sədrinin katibliyinə təqdim ediblər.

Sözügedən görüşdən bir ay sonra İmran Xan hökuməti 2022-ci il aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsində 174 "yox" səsi alaraq süqut edib.

Oxunma sayı 173
Siyasət rubrikasından digər xəbərlər