İndoneziyadakı torpaq sürüşməsində ölənlərin sayı artdı

13:50 04.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın Qərbi Bandunq əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 85-ə çatıb. Axtarış-xilasetmə əməliyyatları 12 gündür davam edir.

Hafta.az xəbər verir ki, Bandunqda 10 nəfər itkin düşüb, 70 nəfər isə həlak olub. Məlumata görə, bununla da ölənlərin ümumi sayı 85-ə çatıb.

Yanvarın 24-də baş verən torpaq sürüşməsi kənddə onlarla evi dağıdıb. Yeni torpaq sürüşməsi riski səbəbindən 100 metr radiusda yaşayan sakinlər təxliyə ediliblər. /"Kompas TV"/