İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 42 min 284 ipoteka krediti verilib

15:52 05.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən hafta.az-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 42 min 284 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 418 milyon 90 min 874 manatdır.