İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib

12:06 05.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hafta.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Oxunma sayı 464
Siyasət rubrikasından digər xəbərlər