İran Prezidentini daşıyan helikopter sərt eniş edib

17:54 19.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.

Hafta.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib. Xilasedicilər hadisə yerinə yola düşüb. 

Son məlumata görə İran prezidentinin vəziyyəti yaxşıdır və kortejdə avtomobillə Təbrizə gedir.

Oxunma sayı 147