İranın artan kapital bazarı xarici investorları cəlb edir

14:12 01.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Dünyada davam edən koronavirus pandemiyası səbəbiylə iqtisadi göstəricilərdə kəskin bir pisləşmə yaşanarkən, İranın kapital bazarı ciddi bir inkişafa imza atdı".

Bu sözlər İranın ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan məlumatda deyilir. Bildirilir ki, İranın səhm bazarı son üç ayda külli miqdarda təzə pul axını və investorların əhəmiyyətli dərəcədə artması fonunda inkişaf etməkdədir.

Qiymətli Kağızlar və Birja Təşkilatının idarəedici direktoru Hassan Qalibaf-Asl, martın sonlarında başlayan cari maliyyə ilinin ilk rübü ərzində 2,5 milyard dollar təzə kapitalın səhmlərə axdığını bildirib. Qalibaf-Aslın verdiyi məlumata görə, bu rəqəm son maliyyə ili ərzində 1,5 milyard dollara çatan pul axını ilə müqayisədə heyrətamizdir. Üçüncü ay ərzində təkcə İFB-də təxminən 22,44 milyard dollar dəyərində 45,582 milyard qiymətli kağız satılıb.

Qeyd olunur ki, İFB İranın dörd əsas birjasından biridir, digərləri Tehran Birjası (TSE), İran Ticarət Birjası (IME) və İran Enerji Birjasıdır (IRENEX). Bildirilir ki, ötən İran təqvim ili (19 Martda başa çatdı) ölkənin kapital bazarı üçün çox məhsuldar keçib. Həmin dövrdə Tehran Birjasında hərracların dəyəri 2,6 qat artıb, İnvestisiyaların Qaytarılması (ROI) isə əvvəlkiildə 180 faizə çatıb.

Son illər İranın kapital bazarında böyümə və inkişaf başlasa da, keçən il əslində ölkənin birjaları üçün çiçəklənmə dövrü olub. Keçən il ölkənin kapital bazarında böyük uğur qazanmasına müxtəlif amillər təsir göstərib. Əsas amillər arasında, birjada lazımi tədbirlər görmək və treyderlər üçün daha yaxşı şəraitin yaradılması idi. Digər amil, xarici valyuta, qızıl sikkə və əmlak bazarı kimi parallel bazarların, capital bazarına sərmayə qoymağı investorlar üçün açıq şəkildə daha yaxşı və daha sərfəli seçim etməsidir və indi koronavirusun yaranmasının yaratdığı iqtisadi vəziyyətə baxmayaraq, İran kapital bazarı cari İran ilində daha çox artım yaşayır.

Həsən Qalibaf-Asl ölkənin capital bazarı tərəfindən cəzbolunan likvidlik miqdarının, cari İran təqvim ilinin ilk rübündə (20 mart-20 iyun) təxminən 12 milyard dollar çatdığını açıqlayıb. Maraqlıdır ki, təkcə vətəndaşlar deyil, əcnəbilərin də investisiya yatırmaq və böyüməkdə olan bazardan qazanc əldə etmək hüququ var.

Maraqlananlar İran kapital bazarının bələdçisinə baxa bilərlər: 

https://en.seo.ir/Upload/Editor/Files/InvestmentGuide1.pdf?fbclid=IwAR2D_gSFYJLVpiwfwE64jRkQrZE-vODebI2TckrulQePY0q7p9Iph_z7Esw

Oxunma sayı 6880
Dünya rubrikasından digər xəbərlər