İranın hücumları gündəmdə

09:28 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İordaniya və Küveytin xarici işlər nazirləri Əyman əs-Səfədi və Abdullah Əli əl-Yəhya (əs-Sabah hakim ailəsini təmsil edir) arasında telefon danışığı baş tutub.

Hafta.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalının yaydığı məlumata görə, tərəflər İranın region ölkələrinə həyata keçirdiyi hücumları müzakirə ediblər.

Nazirlər öz ölkələrinin suverenliyini qorumaq, təhlükəsizlik və sabitliyi təmin etmək üçün bütün zəruri tədbirləri görmək hüququna malik olduqlarını vurğulayıblar.

Telefon danışığı zamanı regionda baş verən son hadisələr, xüsusilə gərginliyin artması və bunun mümkün nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin böhranın diplomatik yollarla həllinə töhfə vermək istiqamətində göstərilən səyləri də müzakirə ediblər.