Yasamalda oğurluq edənlər saxlanılıb

18:09 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal rayonu ərazisində bir nəfərə məxsus “Toyota” markalı avtomobildən 1100 dollar, 200 avro, 850 manat dəyərində mobil telefon və qulaqlıq oğurlanıb, hadisə ilə bağlı şübhəli şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı X.İsgəndərova, 34 yaşlı A.Təhvəli və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Rəfiyev müəyyən olunaraq saxlanılıb.

"Bundan başqa Sabunçu rayonu ərazisində 1200 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı M.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır".