Daşkəsəndə ölmüş heyvanı avtomobillə sürüyən şəxs saxlanıldı - VİDEO

17:50 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daşkəsən rayonunda ölmüş heyvanı avtomobilə bağlayaraq yolda sürüyən şəxsin görüntüləri ictimai narazılığa səbəb olub.

Hafta.az xəbər verir ki, sürücü ölmüş heyvanı avtomobilinin arxa hissəsinə bağlayaraq yol boyu sürüyüb.

Əldə olunan məlumata əsasən, nəqliyyat vasitəsini idarə edən Daşkəsən rayon sakini V.Tağıyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Onun barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilib. Hadisənin görüntüləri isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub./oxu/