Xalq artisti: “Zəfərnamə” müsabiqəsi bu il də təşkil olunacaq

20:11 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Teatr Xadimləri İttifaqı yay fasiləsindən sonra yaradıcı layihələrini davam etdirəcək.

Hafta.az xəbər verir ki, bu barədə azertac-a açıqlamasında ittifaqın sədri, Xalq artisti Hacı İsmayılov bildirib.

Onun sözlərinə görə, bu tədbirlərdən biri 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş “Zəfərnamə” ənənəvi bədii qiraət müsabiqəsi olacaq.“Biz bunu hər il keçiririk. Müsabiqədə ölkənin hər yerindən teatr nümayəndələri iştirak edirlər. İştirakçılara fəxri fərmanlar və diplomlar verilir”, - deyə Hacı İsmayılov vurğulayıb.