Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniyanın baş naziri Kir Starmer həm hökumət rəhbəri, həm də Leyboristlər Partiyasının lideri postlarından getdiyini rəsmən bəyan edib.
Hafta.az xəbər verir ki, bu qərara bir sıra siyasi uğursuzluqlar və hökumətin reytinqinin aşağı düşməsi fonunda partiyadaşlarının artan təzyiqləri səbəb olub.
Siyasətçi çıxışı zamanı partiya yeni liderini seçənədək vəzifəsini icra edəcəyini, daha sonra isə səlahiyyətlərini təhvil verəcəyini bildirib.
Starmer hökumət rəhbəri kimi fəaliyyətinin yekunlaşdığını diqqətə çatdırıb:
"Mənim vəzifəm artıq başa çatıb. İstefa vermək və baş nazir kimi fəaliyyət dövrümü yekunlaşdırmaq üçün Kralın qəbuluna gedəcəyəm"./"Sky News"/