İraq İrana müxalif kürd qruplarının onlarla qərargahının bağlandığını, üzvlərinin üçüncü ölkəyə köçürülməsinin planlaşdırıldığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, İraqın milli təhlükəsizlik müşaviri Qasım əl-Araci verdiyi açıqlamada ölkəsinin İraq Kürd Regional Rəhbərliyi (KRG) ilə ortaq sərhəddə İran kürd müxalif qruplarının 77 qərargahını bağladığını bildirib. Araci, "Bu qrupların üzvlərinin BMT ilə koordinasiyalı şəkildə üçüncü ölkəyə köçürülməsi üçün səylər davam edir" deyib.
İraq Xəbər Mərkəzinin İran dövlət televiziyasına istinadən verdiyi məlumata görə, Araci, sözügedən qrupların üzvlərinin 4-ü Ərbildə, 2-si isə Süleymaniyyədə olmaqla 6 düşərgəyə köçürüldüyünü bildirib.
İran, İraqdakı kürd müxalif qruplarına məxsus ağır silahların peşmərgə qüvvələrinə çatdırıldığını açıqlayan Araci, Tehranın terrorda ittihamladığı İran kürd müxalif qrupları ilə bağlı məsələnin yekunlaşdırılmasında KRG səlahiyyətlilərinin əməkdaşlığını yüksək qiymətləndirib.
İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan Tesnim Xəbər Agentliyinin məlumatına görə, İraq hökuməti “terrorçu” adlandırdığı İran kürd müxalif qruplarından qərargahlarını boşaldıb sərhəddən geri çəkilmələrini istəyib. Agentlik bu əməliyyatın Tehranla və Bağdad arasında təhlükəsizlik razılaşmasının bir hissəsi olduğunu vurğulayıb.