İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb

09:38 22.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin rayonun Göytəpə kənd sakini Namiz Mirzəliyev olduğu müəyyən edilib.

Ondan bir ədəd “TOZ” markalı ov tüfəngi , həmin silaha məxsus patronlar və ovladığı 5 ədəd çöl quşu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 41