İstanbul bəndlərində suyun səviyyəsi bir gündə 5,4 faiz artdı

09:50 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına görə, noyabrın 11-də 16,18 faizə düşən bəndlərdə doluluq nisbəti yağışlı dövrdən sonra artmağa başlayıb. Xüsusilə də dünən şəhərə yağan yağışlar səbəbindən bəndlərdə doluluq nisbəti bir gündə 5,4 faiz artıb.

Hafta.az-ın yazdığına görə, dünən yüzdə 25,63 olan doluluq səviyyəsi bu gün 31,03 faizə yüksəlib.

Maksimum su anbarı həcmi 868 milyon 683 min kubmetr olan bənd və gölməçələrdə suyun miqdarı 269 milyon 51 min kubmetrə yüksəlib.

Suyun həcmiı İstirancalarda 22,96 faiz, Terkosda 16,1 faiz, Sazlıdərədə 12,85 faiz, Əlibəydə 38,59 faiz, Büyükçəkməcədə 16,07 faiz, Ömərlidə 55,02 faiz, Darlıkda 45,21 faiz, Papuçdərədə 45,8 faiz, Kazandərədə isə 14,09 faiz olaraq ölçülüb.

İSKİ-nin statistikasına görə, 30 noyabr tarixinə bənd doluluq nisbətləri 2015-ci ildə 64,08 faiz, 2016-cı ildə 36,37 faiz, 2017-ci ildə 54,62 faiz, 2018-ci ildə 55,06 faiz, 2019-cu ildə 35,74 faiz, 2019-cu ildə 35,20 faiz, 2020-ci ildə 36,37 faiz, 2022-ci ildə 34,43 faiz, bu gün isə 31,03 faiz olaraq ölçülür.

Quraqlıqdan ən çox təsirlənən bəndlərdən olan Əlibəy bəndinin doluluğu yağışlardan sonra artıb. Dünən 30,18 faiz olan nisbət, 1 günlük yağıntı ilə 8,41 faiz artaraq yüzdə 38,59-a yüksəlib.

Bundan başqa, dünən yüzdə 31,71 olan İstirancalardakı doluluq nisbəti bu gün 32,96 faiz olaraq təyin olunub. Eləcə də 39,81 faiz olan Darlık bəndində ​​doluluq nisbəti bu gün 45,21 olaraq statistikaya qeyd olunub.

Anbarlar arasında bir günlük yağış səbəbiylə ən çox doluluq artımı Əlmalı anbarında meydana gəlib. Burada dünənki nisbət yüzdə 46,98 idisə, bu gün 26,81 faiz artaraq 73,79 faiz olub.Ömərli bəndində ​​doluluq nisbəti bu gün 7,4 faiz artaraq 55,02 faizə yüksəlib. Eləcə də dünən 9,31 faiz olan Büyükçəkməcə anbarında doluluq nisbəti 16,07-yə yüksəlib.