İsveç Ukraynaya 180 generator və transformator göndərib

18:40 28.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, İsveç Mülki Əhalinin Müdafiəsi İdarəsi Ukraynaya 180 tondan çox generator və transformator göndərib. Bu barədə o, TT xəbər agentliyinə məlumat verib.

“İsveç 100 milyon kron (9,63 milyon ABŞ dolları) dəyərində 180 tondan çox generator və transformator tədarük edib”, - deyb nazir.

Onun sözlərinə görə, İsveç Ukrayna tərəfinə bütün sahələrdə yardımı davam etdirmək niyyətindədir.
Bundan əvvəl İsveçin müdafiə naziri Paul Jonsson ölkə hökumətinin yaxın vaxtlarda Ukraynaya müasir silah sistemlərinin göndərilməsinə qərar verəcəyini bildirmişdi.

Bundan əvvəl məlum olub ki, İsveç hakimiyyəti Ukraynaya hərbi və humanitar yardım üçün 350 milyon dollardan çox vəsait ayıracaq.

Oxunma sayı 1786