Yazını böyüt
Yazını kiçilt
Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 589-a çatıb.
Hafta.az xəbər verir ki, bu barədə cümə günü prezident vəzifəsini icra edən Delsi Rodrigez bildirib. Onun sözlərinə görə, 2980 nəfər yaralanıb.
Axtarış-xilasetmə işləri davam etdiyindən, ölənlərin sayının xeyli artacağı istisna edilmir.
Rodrigez Venesuelanın dövlət televiziyası VTV-yə verdiyi açıqlamada beynəlxalq yardım və təcili yardım qruplarının gəlişini alqışlayıb.